...

Bundestaq "Beynəlxalq parlament təqaüdü" proqramında Azərbaycanın iştirakını genişləndirəcək

Siyasət Materials 28 Oktyabr 2008 09:00 (UTC +04:00)
Bundestaq "Beynəlxalq parlament təqaüdü" proqramında Azərbaycanın iştirakını genişləndirəcək

Azərbaycan, Bakı, 27 oktyabr/ Trend , müxbir N.Abdullayeva/ Bundestaq Almaniya parlamentinin keçirdiyi "Beynəlxalq parlament təqaüdü" proqramında Azərbaycanın iştirakını genişləndirəcək.

Deputat Renate Blankın rəhbərlik etdiyi Bundestaqın nümayəndə heyəti əməkdaşlığın təfərrüatlarını müzakirə etmək üçün Azərbaycana səfər edəcək, - Almaniyanın Azərbaycandakı səfirliyindən bazar ertəsi bildiriblər.

"Beynəlxalq parlament təqaüdü" Berlin universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Proqram dünyanın 28 ölkəsindən 120 təqaüdçüyə 2009-cu il martın 31-dən iyulun 1- dək Almaniya parlamentinin fəaliyyətini öyrənmək imkanının verilməsini nəzərdə tutur. Onun məqsədi siyasi prosesləri öyrənmək və bilavasitə onların iştirakçısı olmaq, siyasi qərarların hazırlanması və qəbulu prosesini yaşamaqdır.

Təqaüdçülər Bundestaq deputatının ofisində işləyəcək və Berlin universitetlərinin birində mühazirələri dinləmək və tədris tədbirlərində iştirak etmək imkanına malik olacaqlar.

Alman nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində ölkənin siyasi, iqtisadi dairələrində görüşlər keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti