...

Azərbaycan parlamentinin müxalifət deputat qrupu "Amnistiya haqqında" qanun layihəsi təqdim edib

Siyasət Materials 28 Oktyabr 2008 13:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli Məclisinin müxalifət deputat qrupu parlamentə "Amnistiya haqqında" qanun layihəsi təqdim edib.

Müsavat Partiyasından olan və əvvəllər layihəni müzakirə üçün irəli sürən deputat Pənah Hüseyn çərşənbə axşamı bildirib ki, Azərbaycan parlamentinin 90 illiyi münasibəti ilə hazırlanan qanun layihəsi artıq qeydiyyata alınıb.

1995-ci ildən Azərbaycanda səkkiz amnistiya aktı qəbul olunub. Bu aktlar 87 min nəfərə şamil edilib ki, onların da təqribən 23 mini azadlıqdan məhrumetmə müəssisələrindən azad edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı trend

Xəbər lenti

Xəbər lenti