...

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüş tarixi müəyyənləşib – ƏLAVƏ OLUNUB

Siyasət Materials 29 Oktyabr 2008 11:43 (UTC +04:00)
Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüş tarixi müəyyənləşib – ƏLAVƏ OLUNUB

Azərbaycan, Bakı, 29 oktyabr/ Trend , müxbir A. Qasımova/ Rusiya prezidentinin iştirak ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Azərbaycan və Ermənistan liderlərinin görüşü Moskvada noyabrın 2-də keçiriləcək. Bu barədə çərşənbə günü Kremlin mətbuat xidmətindən məlumat verilib.

"Görüşün keçirilməsi barədə əldə edilmiş razılaşmaya əsasən, 2008-ci il noyabrın 2-də Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyevin iştirak ilə Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyanın görüşü keçiriləcək", - İnterfaks -ın verdiyi xəbərə görə, bu barədə mətbuat xidmətinin məlumatında bildirilir.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti