Somalidə dəniz quldurları tərəfindən qaçırılan Türkiyə gəmisini xilas etmək üçün NATO qüvvələri əməliyyat keçirəcəklər. Bu barədə Türkiyənin "Timetürk" agentliyi məlumat verib.
NATO qüvvələrinin müdaxilə qərarı Türkiyə Xarici İşlər Nazirliyinin müraciətinə əsasən verilib. Gəmidə 20 nəfərlik heyət olduğundan birbaşa müdaxilə onların həyatı üçün təhlükəli hesab olunur. Gəminin Türkiyədəki Sabancı ailəsinə aid olduğu bildirilir.