...

Azərbaycanın sol təmayüllü partiyası solçu qüvvələrin birliyinin yaradılacağına inanmır

Siyasət Materials 4 Noyabr 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir C.Babayeva/ Sol təmayüllü Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) solçu qüvvələrin birliyinin yaradılacağına inanmır.

"İndiyə qədər öz ambisiyalarını təmin edə bilməyən partiya sədrlərinin hər hansı birlikdə təmsil olunması mümkün deyil", - deyə ASDP-nin həmsədri Araz Əlizadə çərşənbə axşamı Trend -a bildirib.

Trend -un arayışı: Azərbaycan Sosialist Partiyası, Azərbaycan Kommunist Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası və Marksizm-Leninizm platformasında Azərbaycan Kommunist Partiyası solçu qüvvələrinin birliyinin yaradılması barədə ilkin razılıq əldə ediblər.

Əlizadə solçu partiyaların birliyinin yaradılması ilə bağlı həmsədri olduğu partiya ilə də müzakirələrin aparıldığını bildirib. "Müzakirələrdə birliyin yaradılmasının aktual olmadığını bildirmişəm. Birliyin yaradılacağına inanmasam da, onlara müvəffəqiyyətlər arzu edirəm", - deyə ASDP həmsədri bildirib.

O, siyasi partiyaların hər hansı bir blokda təmsil olunmaları üçün siyasi mədəniyyətin lazım olduğunu bildirib. "Azərbaycanın siyasi mədəniyyətində bir sıra çatışmazlıqlar mövcuddur. Partiya sədrlərinin şəxsi ambisiyaları həmişə üstün gəlir", - deyə o bildirib.

Əlizadə Azərbaycan cəmiyyətində solçu qüvvələrin birliyinə ehtiyacın olduğunu bildirib. "Hələlik zəif də olsa, Azərbaycanda yeganə sol qüvvə bizik", - deyə ASDP həmsədri əlavə edib.

Trend -un arayışı: ASDP sol təmayüllü müxalifət partiyasıdır. Partiyanın həmsədri Araz Əlizadə, digər həmsədri isə Azərbaycanın eks-prezidenti, hazırda mühacirətdə yaşayan Ayaz Mütəllibovdur.

1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra Mütəllibov ilk prezident seçilib. Sonra barəsində cinayət işi açılıb və 1992-ci ildən indiyədək Rusiyada mühacirətdə yaşayır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti