...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 5 Noyabr 2008 10:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 4-də saat 10.20-dən 10.35-dək Ağdam rayonunun Şurabad kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.20-dən 23.00-dək və noyabrın 5-də saat 00.00-dan 00.25-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 00.00-dan 00.30-dək Tərtər rayonunun Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti