...

İran ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün ilk addımı atmalıdır - İran parlamentinin nümayəndəsi

Siyasət Materials 6 Noyabr 2008 13:38 (UTC +04:00)

İran, Tehran, 06 noyabr / Trend , müxbirlər A.Namdari / İran parlamentinin nümayəndəsi və Parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Məhəmməd Mehdi Şəhriyari Trend -a bildirib ki, Barak Obamanın Amerika prezidenti seçilməsi ilə İran rəsmiləri Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq üçün ilk addım atmalıdırlar.

Obama çərşənbə axşamı Amerika prezidenti seçilib. O, seçki kampaniyasında "dəyişikliklər" edəcəyini bildirmişdi.

"Obamanın prezident seçilməsi Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq üçün tarixi bir fürsət ola bilər", - deyə Şəhriyari cümə axaşmı Trend -a bildirib.

Onun fikrincə, İran və Amerika ədalətli siyasi mühitdə diplomatik əlaqələri yenidən başlamaq üçün danışıqlar apara bilər. İranlı deputat Amerikanın yeni prezidentinin İranla və regionla bağlı məsələlərdə müsbət mövqedə olduğunu bildirib.

İranın xarici işlər naziri Mənuçehr Müttəki çərşənbə axşamı Obamanın seçkilərdəki qələbəsindən sonra bildirib ki, "ümid edirəm Amerikanın yeni prezidenti öz xalqının istəyini yerinə yetirəcək".

"Amerika xalqının Obamadan bu ölkənin prezidenti kimi istədiyi - hazırki hökumətin səhv addımlarını təkrarlamamaqdır", - deyə Müttəki bildirib.

Amerikanın ilk qara dərili prezidenti Obama 2009-cu ilin yanvarın 20-də prezidentlik səlahiyyətlərinin icrasına başlayacaq.

İran prezidenti Mahmud Əhmədinejad bir müddət öncə, Obamanın Amerika prezidenti olmasına icazə veriləcəyinə inanmadığını bildirmişdi.

İran rəsmiləri dəfələrlə Amerikada keçirilən prezident seçkilərində iştirak edən namizədlər haqda bitərəf mövqe nümayiş etdiriblər.

İran və Amerika arasında münasibətlər 1980-ci ildə "İmam yolu davamçılarının tələbələri" tərəfindən Amerikanın Tehrandakı səfirliyi ələ keçirildikdən və səfirliyin diplomatları və işçiləri girov götürüldükdən sonra gərginləşib.

Hazırda 30 ilə yaxındır ki, İran və Amerika arasında birbaşa diplomatik əlaqə yoxdur. Amerikanın İranda mənafeyini İsveçrənin İrandakı səfirliyi təmsil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti