...

Azərbaycan prezidenti Türkiyənin Baş naziri ilə görüşüb

Siyasət Materials 6 Noyabr 2008 18:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Ankarada Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüşdə seçkidən sonra Azərbaycan prezidentinin ilk rəsmi səfərini Türkiyəyə etməsinin əhəmiyyəti vurğulanıb, bu səfərin iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyi bildirilib.

Söhbət zamanı ikitərəfli əlaqələrin bölgədə işbirliyinin güclənməsi baxımından önəmi də vurğulanıb və qarşılıqlı əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti