İsrail, Qüds, 11 noyabr / Trend A.Qut/ Suriyada 2007-ci ildə məhv edilmiş nüvə reaktorunun ərazisində nüvə aktivliyi qeydə alınıb. Bu barədə İsrail mətbuatı xəbər yayıb.
Adları açıqlanmayan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) iki diplomatı bildirib ki, MAQATE nəzarətçilərinin cari ilin iyun ayında ərazidən götürdüyü torpaq nümunələri müsdət nəticə göstərib.
Hazırda hansı nüvə aktivliyindən danışıldığı dəqiq məlum deyil.
MAQATE-nin nümayəndələrinin sözlərinə görə, yaxın zamanda Agentliyin Direktorlar Şuraının iclası keçiriləcək və Suriya poblemi də müzakirə mövzusu olacaq.
Qeyd edək ki, 2001-ci ildə Avropa şirkətlərindən biri Suriyayada elektrik stansiyaları üçün 3 güc aqreqatlarının quraşdırılması məqsədi ilə 17 milyon dollar dəyərində müqavilə imzalayıb. Bir ildən sonra kosmosdan çəkilmiş şəkillər Dir az-Zara rayonunda geniş miqyaslı inşaat işlərinin aparıldığını göstərib. Sonra bəzi məlumatlara əsasən Suriya müdafiə nazirliyinin xüsusi hissələri tikintidə iştirak edib. Peyklərdən aparılam müşahidələr göstərib ki, Dir az Zaredə mərkəz ətrafına külli miqdarda beton örtük tökülür.
2007-ci il sentyabrın 6-da İsrailin 7 hərbi təyyarəsi tikinti gedən obyekti bombardıman edib. Hadisədən sonra rəsmi Qüds Əsədin ciddi addımlar atacağından ehtiyyatlanaraq heç bir açıqlama verməyib. Lakin sonradan rəsmi Ankaranın vasitəçiliyi ilə İsrail ilə Suriya yalnız qarşılıqlı müraciətlərlə kifayətləniblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]