...

Türkdilli dövlət başçılarının sammiti gələn ilin birinci rübündə Bakıda keçiriləcək – səfir

Siyasət Materials 11 Noyabr 2008 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir A.Hüseynbala/ Gələn ilin birinci rübündə Bakıda türkdilli dövlət başçılarının sammiti keçiriləcək, - Türkiyənin Azərbaycandakı səfiri Hülusi Qılıc çərşənbə axşamı jurnalistlərə bildirib.

Dövlət başçıları türkdilli ölkələrin əməkdaşlıq perspektivlərini müzakirə edəcək, bu dövlətlərdəki vəziyyətə dair rəy mübadiləsi aparacaqlar.

Sammitin Bakıda keçirilməsi təşəbbüsü Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən, Türkdilli Ölkə və İcmaların Dostluq, Qardaşlıq və Əməkdaşlıq Təşkilatının ötən ilin noyabrında Azərbaycanın paytaxtında keçirilmiş qurultayında səsləndirilib. Onun sözlərinə görə, türkdilli dövlət başçılarının sammiti Ərəb Dövlətləri Liqası kimi yeni subregional birliyinin yaradılmasının əsasını qoyacaq.

Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstanın daxil olduğu türkdilli dövlət başçılarının birinci sammiti 1992-ci ildə Ankarada keçirilib. Sonralar İstanbul, Bişkək, Daşkənd, Astana, Bakı, Antalyada yuxarı dairələrdə görüşlər keçirilib.

Parlament Assambleyasının yaradılmasını müzakirə etməyi planlaşdıran türkdilli ölkələrin parlament rəhbərləri noyabrın 20-21-də İstanbulda toplaşacaqlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti