...

Daşkənddə terapevtlərin V qurultayı keçiriləcək

Siyasət Materials 12 Noyabr 2008 16:20 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 12 noyabr/ Trend , müxbir R.Məşədihəsənli/ Terapiya və Tibbi Bərpa Elmi -Tədqiqat İnstitutu və Özbəkistan Terapevtlər Assosiasiyası noyabrın 13 -14 - də Daşkənddə terapevtlərin V qurultayını keçirəcək. Bu barədə Trend -un müxbirinə Özbəkistanın Qırğızıstan Respublikasındakı səfirliyindən məlumat verilib.

Səhiyyə Nazirliyi nümayəndəsinin sözlərinə görə, qurultayda müxtəlif MDB ölkələrindəki şərtlərə uyğun müalicə - profilaktik proqramların hazırlanmasında alim və həkimlərin səylərinin əlaqələndirilməsi, yüksək texnologiyalı diaqnostika üsulları sahəsində təcrübə mübadiləsi, daxili xəstəliklərinin müalicəsi və tibbi bərpa məslələri müzakirə olunacaq. Müasir diaqnostika standartları və daxili xəstəliklərin müalicəsi məsələləri də nəzərdən keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti