...

FTB mütəxəssisləri Gürcüstan DİN üçün kriminalist hazırlayacaq

Siyasət Materials 13 Noyabr 2008 14:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 13 noyabr / Trend , müxbir N. Kirtsxaliya/ Gürcüstan Daxili İşlər Nazirliyinin akademiyasında ABŞ-ın Federal Tədqiqatlar Bürosu (FTB) mütəxəssislərinin yardımı ilə kriminalistlər üçün üçhəftəlik kurs təşkil olunub. Məqsəd kriminalistika sahəsində təlimatçıların hazırlanmasıdır. Kursda 12 dinləyici iştirak edəcək, onları Tbilisi və Mtxetin ekspert-kriminalist xidməti, eyni zamanda müxtəlif regional bölmələrin arasından seçiblər.

Kurs noyabrın 26-da başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti