Azərbaycan, Bakı, 13 noyabr / Trend / Noyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yuşşenkonun görüşü keçirilib.
Görüşdə ikitərəfli münasibətlərin genişlənməsindən məmnunluq ifadə olundu. Növbəti enerji sammitinin Bakıda keçirilməsinin önəmini vurğulayan dövlət başçıları bu tədbirin enerji sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətli olduğunu vurğuladılar. Ukrayna Prezidentinin Bakıya səfərinin bu sahədə ölkələrimiz arasında əlaqələrin və ümumən ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə olundu.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]