Qırğızıstan, Bişkek, 14 noyabr / Trend , müxbir R.Məşədihəsənlı/
Parlament komissiyası Oşun istintaq təcridxanalarında (OİT), müvəqqəti saxlama təcridxanalarında (MST) və psixoloji stasionarda nəzarət yoxlamaları aparacaq. Bu barədə Trend -a Qırğızıstan Respublikası parlamentinin mətbuat xidmətinin əməkdaşı Melis Erciqitov məlmat verib.
Komissiya noyabrın 16 -18 - də Baş Cəzaçəkmə İdarəsinin yerli OİT və MST-lərdə, o cümlədən Narkotiklərə Nəzarət üzrə Agentliyin OİT- də və psixoloji dispanserdə saxlama şəraiti və insan haqlarının vəziyyətilə bağlı nəzarət yoxlamaları aparmaq məqsədilə Oşda olacaq.
"Komissiyanın son yeddi ayda qapalı müəssisələrdə saxlanma şəraitilə bağlı bütün yoxlamaların yekunları ictimaiyyətə dekabrın 1-də, parlamentdə Ümumdünya İnsan Haqları gününə həsr olunacaq "Dəyirmi stol" zamanı açıqlanacaq", - komissiyanın sədri Əlişer Mamasaliyev qeyd edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]