Azərbaycan, Bakı, 18 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı
İsveçin məşğulluq naziri Sven Otto Littorinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulayıb. Prezident Azərbaycanın İsveçdə səfirliyinin açılmasını əlaqələrin genişlənməsinə xidmət edəcəyini bildirib.
Littori Azərbaycanda gedən sürətli inkişaf proseslərindən danışıb. Azərbaycanın İsveçdə səfirliyinin açılmasını yüksək dəyərləndirən Littori bunun ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətli olacağını deyib.