Gürcüstan, Tbilisi, 18 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ ABŞ prezidenti seçilən Barak Obama Gürcüstanın ərazi bütövlüyünü birmənalı qaydada dəstəkləyir. Gürcüstanın Prezident Administarsiyasından Trend -a verilən məlumata görə, bu barədə Barak Obama Gürcüstan prezidenti Mixail Saakaşvili ilə telefon söhbətində bildirib.
"Gürcüstan prezidenti Obamanı seçkilərdə qələbə münasibəti ilə təbrik edib. Dostluq şəraitində aparılan danışıqlar zamanı gələcək Gürcüstan-Amerika münasibətəlinrə toxunulub", - deyə administrasiyadan bildiriblər.
Obama Gürcüstanda aparılan islahatları dəstəklədiyini və onların davam etdirilməsinin zəruriliyini bildirib.
Administrasiyadan bildiriblər ki, yaxın vaxtlarda prezidentlərin şəxsi görüşü keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]