...

Azərbaycanda ruhi xəstə özünü güllələyib

Siyasət Materials 19 Noyabr 2008 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycanın qərb bölgəsində ruhi xəstə odlu silahdan atəş açaraq intihar edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a məlumat verilib.

Məlumata görə, noyabrın 18-də saat 13.30 radələrində Şəmkir rayonundakı Ə.Cavad küçəsində yaşayan ruhi xəstə Rauf Süleymanov evində lüləsi kəsilmiş ov tüfəngindən atəş açaraq özünü  öldürüb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti