...

Gürcüstan XİN rəhbəri ölkə rəhbərliyinin informasiya müharibəsini dayandırdığını qəti şəkildə istisna edir

Siyasət Materials 19 Noyabr 2008 15:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın xarici işlər naziri Yeka Tkeşelaşvili gürcü rəhbərliyinin informasiya müharibəsini dayandıracağını qəti şəkildə istisna edir.

Ölkə rəhbərliyinin taktikası və fəaliyyəti maksimal transparentlik və hər növdən olan məlumatların yayılması prinsipini özündə ehtiva edir, - nazir "Şeraton Metexi palas" otelində Qafqaz ölkələri üçün "Cənubi Qafqazda ədalət məhkəməsi və qanun" mövzusunda keçirilən regional konfransın açılışında jurnalistlərə bildirib.

Çərşənbə axşamı parlamentdəki azlıq hakimiyyəti avqust hadisələrindən sonra informasiya müharibəsində mövqelərini, demək olar ki, sıfır səviyyəsinə endirməkdə ittiham edib. Xarici İşlər Nazirliyi Gürcüstanın informasiya meydanında döyüşü uduza bilməsi ehtimalında günahlandırılıb. Bu bəyanat son dövrlər beynəlxalq KİV-də Gürcüstan əleyhinə məqalələrin yayılması ilə bağlıdır.

"İnformasiya müharibəsi - yetərincə geniş anlayışdır və xarici siyasət idarəsini bu sahədə məğlubiyyətdə ittiham etmək yanlışdır, çünki XİN diplomatik müharibə aparır", - Tkeşelaşvili deyib.

"Rusiyanın özünə rəva bildiyini Gürcüstan hökuməti özünə rəva bilmir. Moskva satınalma siyasəti aparır, amma bizim üçün bu qəbulolunmazdır", - nazir deyib.

Onun sözlərinə görə, hakimiyyətin məqsədi bütün maraqlı şəxsləri təkcə baş vermişlərlə deyil, həm də indi baş verənlərlə tanış etməkdir.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti