Gürcüstan, Tbilisi, 19 noyabr / Trend , N.Kirtsxaliya/ Gələn il 10 ölkədə Gürcüstan səfirliyi açılacaq. Bu barədə Avropaya inteqrasiya üzrə parlament komissiyasının çərşənbə günü keçirilən iclasında, 2009-cu ilin büdcə layihəsinin parlamentə təqdimi zamanı maliyyə nazirinin müavini Papuna Petriaşvili deyib.
Səfirliklər Kanada, Braziliya, Meksika, Hindistan, Efiopiya, İrlandiya, Finlandiya, Portuqaliya, Cənubi Koreya və YUNESKO qurumunda açılacaq.
Səfirliklərin açılması məqsədilə Gürcüstanın 2009-cu il üçün büdcəsində altı mln. larinin ayırlması nəzərdə tutulub.
Müəlliflə əlaqə ünvanı [email protected]