...

Obama vədinə əməl etsə, ciddi dəyişikliklərə ümid etmək olar – İranın xarici işlər naziri

Siyasət Materials 19 Noyabr 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir T.Cəfərov/ İranın xarici işlər naziri hesab edir ki, ABŞ-ın yeni prezidenti Obama Amerika xalqının ümidlərini doğruldarsa, bu ölkənin siyasətində dəyişikliklər baş verə bilər.

"Obama vədlərinə əməl edərsə və Amerika seçicilərinin ümidlərini doğruldarsa, ciddi və uzunmüddətli dəyişikliklərə ümid bəsləmək olar", - İranın xarici işlər naziri Mənuçehr Möttəki çərşənbə günü Tehranda mətbuat konfransında bildirib.

Trend -un müxbirinin sualını cavablandıran Möttəki bildirib ki, ABŞ-dakı seçkiqabağı kampaniyaya diqqət yetirsək, dünyada ABŞ - ın mövqeyinin populyarlığının azalmasını görmək olar. Güman etmək olar ki, keçirilmiş seçkilər dünyada ABŞ - ın imicinin yüksəlməsinə xidmət edəcək, - o əlavə edib.

Nazirin sözlərinə görə, Obamanın  dəyişikliklərə çağıran şüarı seçicilərin onun xeyrinə seçim etməsinin əsas səbəbi olub və Amerika xalqının itirilmiş imici bərpa etmək istəyini göstərir. "Hər kəsi bu sual maraqlandırır - o, bu dəyişikliklərə nail ola biləcəkmi? Həm Obama, həm də onun partiyası səsləndirilən fikirlərə görə Amerika ictimaiyyəti qarşısında məsuliyyət daşıyır", - Möttəki hesab edir.

Barak Obamanın ABŞ - ın İranla əməkdaşlığa hazır olması barədə bəyanatına toxunan Möttəki bildirib ki, Obamanın bu sözləri seçkiqabağı kampaniya çərçivəsində səsləndirilib. Nazirin sözlərinə görə, adətən, namizədlər, liderlər prezidentlik dövründə və missiya başa çatdıqdan sonra müxtəlif fikirlər səsləndirirlər. Bununla əlaqədar olaraq, nazirin rəyinə görə, yanvarın 20 - dən - Obamanın vəzifəsinin icrasına başlamasından sonrakı hadisələri gözləmək lazımdır.

İran prezidenti Əhmədinejadın Obamaya təbrik məktubundan danışan Möttəki qeyd edib ki, bu, rəsmi Tehranın baxışlarını və ümumi mövqeyini ifadə etmək imkanı olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti