...

Azərbaycan sivilizasiya və mədəniyyətlərarası dialoqlar üçün mühüm meydandır – Prezidentin İcra Aparatının şöbə müdiri

Siyasət Materials 20 Noyabr 2008 13:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir C.Babayeva/Azərbaycan Prezidenti İcra Aparatının şöbə müdiri hesab edir ki, Azərbaycan enerji daşıyıcıları üzrə mühüm mərkəz olmaqla yanaşı, həm də mədəniyyət və sivilizasiyaların səmərəli qarşılıqlı əlaqələri ilə bağlı dialoq və qarşılıqlı fikir mübadiləsi aparılan mühüm meydandır.

"Son illər ərzində Azərbaycan öz siyasi məkanını təkmilləşdirməyi və politologiyanın demokratik möhkəmlənmənin ilkin mərhələsi adlandırıdığı xaricə yaxınlaşmağı bacardı", - deyə cümə axşamı "Azərbaycan XXI əsrdə - uğur strategiyası" mövzusunda keçirilən Dəyirmi masa zamanı Azərbaycan Prezidenti İcra Aparatının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Onun sözlərinə görə, bu, yeni dünya qaydalarının şərtləri əsasında dövlətin müasir inkişafının olduqca mühüm və əhəmiyyətli mərhələsidir.

Aslanov bildirib ki, Azərbaycan, vətəndaş cəmiyyəti mərhələli şəkildə formalaşan ölkədir. Son illər dövlət üçüncü sektorun, onun hakimiyyət və cəmiyyət ilə səmərəli qarşılıqlı münasibətlərinin əsaslarının gələcək formalaşmasının təməlini qoymağı bacardı.

"Azərbaycan geoiqtisadi mərkəzləri, mədəniyyət və sivilizasiyaları birləşdirən körpüdür. Bu, Azərbaycan üçün böyük məsuliyyətdir və əminəm ki, ölkə rəhbərliyi bu vəzifəni uğurla yerinə yetirəcək", - deyə Aslanov bildirib.

Cümə axşamı Bakıda regionun dövlət strukturlarının nümayəndələri və tanınmış politoloqların iştirakı ilə keçirilən Dəyirmi masada "Azərbaycanın uğur strategiyası" mövzusu müzakirə olunur.

Müzakirələr iki sessiyada aparılır - "Azərbaycan və Avrasiya məkanı - stabillik və inkişaf" və "Azərbaycanda siyasi partiyaların rolu və siyasi sistemin fəaliyyəti; ölkənin uğurlu inkişafının əsası kimi, Yeni Azərbaycan Partiyasının proqramı".

Müzakirələrdə Rusiya Federasiyası Dövlət Dumasının MDB və həmvətənlilərlə iş Komitəsinin sədri Aleksey Ostrovski, Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev, "Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf Fondunun prezidenti Valeri Tursunov, Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Sosial Araşdırmalar Fondunun direktoru Rəşad Rzaquliyev, Milli Məclisin deputatları, politoloqlar, Gürcüstan, Qazaxıstan və İrandan olan nümayəndələr iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti