Azərbaycan, Gəncə, 21 noyabr / Trend müxbir V.Məmmədov / Azərbaycanın qərb bölgəsində yerləşən Samux rayonunun Qərməzə Samux kəndində dörd ədəd aviasiya bombası tapılıb. Sursatın aşkar olunduğu ərazi artıq polis nəzarətinə götürülüb. Bu barədə Trend -a Samux rayon Polis Şöbəsi rəisinin müavini Bahadur Şükürov məlumat verib.
Rəis müavinin bildirib ki, aşkar olunan sursat böyük partlayış dairəsinə malik olan 250 kiloqram aviasiya bombasıdır.
Gəncə şəhər Daxili Qoşunların minaaxtaranları və rayon polis şöbəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib. SBombaların harada və necə zərərsizləşdiriləcəyi mütəxəssislərin rəyindən sonra müəyyən olunacaq. Şükürov həmin ərazinin Sovetlər dövründə hərbi poliqon kimi istifadə olunduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]