Azərbaycan, Bakı, 21 noyabr / Trend /"Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması bu ölkələrin iqtisadi və siyasi cəhətdən güclənməsinə xidmət edəcək", - deyə Türkiyə parlamentinin sədri Köksal Toptan TRT2 telekanalına verdiyi müsahibədə bildirib.
Toptanın fikrincə, Türkdilli dövlətlərin Parlament Assambleyası dünyada baş verən bir çox problemlərin həlli üçün də öz töhfəsini verə bilər. "Türkiyə region dövlətləri və başqa dövlətlər üçün çox strateji əhəmiyyətə malikdir.Azərbaycan və Qazaxstan neftinin Türkiyə vasitəsilə dünyaya çıxalılması bu ölkənin iqtisadi gücünü daha da möhkəmlədir",- deyə o əlavə edib.
Toptan onu da əlavə edib ki, Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılması dünyaya sülh və əminlik gətirəcək.
İstanbulda keçirilən Türkdilli dövlətlərin Parlament Assambleyasının yaradılmasına həsr olunmuş konfransda Assamibleyanın yaradılması üzrə saziş imzalanıb. Konfransda 2009 - cu ilin sentyabrında Parlament Assambleyasının növbəti toplantısının Bakıda keçirilməsi qərara alınıb. Bakıda keçirilməsi nəzərdə tutulan assambleyaya bir çox türkdilli dövlətlərin millət vəkilləri dəvət ediləcək. Toplantıda çıxış edən Türkiyə parlamentinin sədri Köksal Bakı toploantısına Türkmənistan və Özbəkistanın da qatılacağına ümidvar olduğunu bildirib.
Məqalə müəllifi ilə əlaqə : [email protected]