Gürcüstan, Tbilisi, 24 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) dəvəti ilə nazir müavini Maya Kopaleişvilinin rəhbərliyilə Gürcüstan Ədliyyə Nazirliyinin nümayəndə heyəti AFR-ə yola düşüb.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, səfərin məqsədi Almaniyanın cəzaların icrası sistemilə tanış olmaqdır.
Bremen məhkəməsinin sədri Rudiqer Toni, məhkəmə aparatının rəhbəri Haynts -Yurqen Naqellə və ədliyyə əməkdaşı Hermut Arenslə görüşlər planlaşdırılıb.
Səfər noyabrın 29 - dək davam edəcək.
Müəlliflə əlaqə ünvanı: [email protected]