...

Gürcüstan sahillərilə hərəkət edən ABŞ hərbi gəmiləri Rusiyanın qarşısını alan amildir - Gürcüstanın dövlət naziri

Siyasət Materials 25 Noyabr 2008 14:33 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 25 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstan sahili boyunca daim ABŞ HDQ hərbi raket gəmisi hərəkət edir. Bu, Rusiyanın qarşısını alan amildir", - çərşənbə axşamı Gürcüstanın reinteqrasiya məsələləri üzrə naziri Temur Yakobaşvili jurnalistlərə deyib.

"Moskvanın yeni təcavüz təhlükəsi yaranarsa, Tbilisinin istifadə edəcəyi başqa amillər də var", - o vurğulayıb.

Dövlət nazirinin sözlərinə görə, "Gürcüstan əleyhinə Rusiya təcavüzünün yenidən başlanma təhlükəsi gözləniləndir".

"Rusiya - pəncəsini işə salmağa cəhd göstərən qəzəbli ayıdır, onun pəncəsindəki şey düz bizə dəyə bilər, çünki biz elə bil onun başının daşıyıq", - Yakobaşvili deyib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti