...

Avropa ölkələrinin mədəniyyət nazirləri Bakı bəyannaməsini imzalayacaqlar

Siyasət Materials 26 Noyabr 2008 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr/ Trend , müxbir N.Abdullayeva/ Avropa ölkələrinin mədəniyyət nazirlərinin Bakı konfransı dialoq nəzəriyyəsindən dialoq təcrübəsinə keçməyə imkan verəcək.

"Dekabrın 2-3-də Bakıda keçiriləcək "Mədəniyyətlərarası dialoq Avropa və qonşu regionlarda dinc yaşayış və davamlı inkişafın əsası kimi" mövzusunda konfrans Avropa Şurasının (AŞ) cari ilin mayında işıq üzü görmüş Ağ kitabının davamıdır", - AŞ-ın Azərbaycandakı ofisindən çərşənbə günü Trend -a bildiriblər.
 
Mədəniyyətlərarası dialoq dövlət və hökumət başçılarının 2005-ci ildə keçirilmiş Varşava görüşünün prioritetlərindən biridir.

"Azərbaycan tərəfinin dəvəti ilə konfransda Avropa Mədəniyyət Konvensiyasını imzalamış 49 dövlətin nümayəndəsi, həmçinin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Ərəb Təşkilatına (ALESCO) və Təhsil, Elm və Mədəniyyət üzrə İslam Təşkilatına (İSESCO) üzv bəzi dövlətlərin nazirləri iştirak edəcəklər", - AŞ-ın Azərbaycandakı ofisindən xəbər veriblər.

Konfransda aşağıdakı mövzular müzakirə ediləcək: "Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə Ağ kitabı - universal dəyərlərdən yerlərdə fəaliyyətə doğru"; Mədəni siyasət (proqram və təşəbbüslər) və mədəniyyətlərarası dialoq: mədəniyyətlərin müxtəlifliyinin idarə edilməsində yeni konseptlər"; "İrs və mədəni dialoq - milli irsdən dünya irsinə doğru ". Konfransın yekunları üzrə Bakı bəyannaməsinin imzalanması gözlənilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti