Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Gömrükçülər Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika keçirən İran vətəndaşını saxlayıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən çərşənbə günü Trend -a verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları Bakıya yük gətirən İran vətəndaşı Ramin Cabbarnejad Mikayıl oğlunun idarə etdiyi "İveco" markalı yük avtomaşınına baxış keçirərkən, avtomobilin arxa hissəsində, ehtiyat təkərin içərisindən ümumi çəkisi 10 kiloqrama yaxın 10 bükülü heroin aşkar edərək götürüb.
Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin Qaçaqmalçılıq (206) vəQanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234) maddələri ilə cinayət işi açılıb.
İran vətəndaşı qeyd olunan maddələrlə ittiham olunub və onun barəsində Bakının Yasamal rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanda 130 iranlı məhkum cəza çəkir, onların böyük qismi narkotik cinayətləri ilə məhkum olunublar.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]