Gürcüstan, Tbilisi, 26 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Rusiyanın Gürcüstanda hərbi əməliyyatları bərpa edəcəyilə bağlı açıq təhlükə mövcuddur və bu vəziyyət ABŞ - ın yeni administrasiyasının formalaşmasınadək davam edəcək. Gürcüstan hökumətinin iclasından əvvəl reinteqrasiya məsələləri naziri Temur Yakobaşvili bu barədə bəyan edib.
Hərbi əməliyyatların mümkün bərpası ilə bağlı gümanlarını,Yakobaşvilinin də etibarlı mənbə hesab etdiyi Rusiya politoloqu və hərbi eksperti Pavel Felgenhauer dilə gətirib.
Dövlət nazirinin sözlərinə görə, hərbi əməliyyatların bərpası ilə bağlı müəyyən təlimatlar var, amma Rusiyaya mane olan amillər də mövcuddur. Bu amillərdən biri kimi, o, Rusiyadakı iqtisadi tənəzzülü misal göstərib.
Müəlliflə əlaqə ünvanı: [email protected]