Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Türkiyə xarici işlər naziri Əli Babacani Ermənistana dəvət edəcəyini bildirib. Bu barədə Türkiyənin "Zaman" qəzeti məlumat verib.
Dəvətin 2009-cu ilin aprelində Yerevanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşliq Təşkilatının toplantısı çərçivəsində baş tutacağı gözlənilir. Türkiyənin diplomatik mənbələri isə dəvət gəlmədən bu dəvətə veriləcək cavab haqqında açıqlama verə bilməyəcəklərini və cavabın diplomatik müzakirələrin gedişatından asılı olacağını bildiriblər. Yerevanda keçiriləcək aprel toplantısından əvvəl mart ayında enerji və nəqliyyat nazirlərinin görüşü nəzərdə tutulur və Türkiyə diplomatik mənbələri türkiyəli nazirlərin bu toplantılarda iştirak edə biləcəklərini bildiriblər.