...

Təhlükəsizlik haqqında saziş İraq xalqının maraqlarına cavab verir – vitse - spiker

Siyasət Materials 27 Noyabr 2008 18:22 (UTC +04:00)
Təhlükəsizlik haqqında saziş İraq xalqının maraqlarına cavab verir – vitse - spiker

Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir Ü.Sadıqova/ Bağdad və Vaşinqton arasında təhlükəsizlik haqqında saziş İraq xalqının maraqlarına cavab verir.

"Bu sənəd İraq hökumətinə müstəqil xarici və daxili siyasət hüququ verir ki, əvvəllər bu mümkün deyildi", - İraq parlamentinin vitse - spikeri Baha əl - İcari Bağdaddan telefonla Trend - a bildirib. Bu gün İraq hökuməti Bağdad və Vaşinqton arasında Amerika qoşunlarının 2011 - ci ilədək ölkədə qalmasını nəzərdə tutan təhlükəsizlik haqqında sazişi imzalamağa razılıq verib.

Müqtədə Əs - Sədrin başçılıq etdiyi "Mehdi Ordusu" şiə təşkilatının sıralarına daxil olan əksər siyasi qruplaşmalar sazişin İraqın suverenliyini pozduğunu hesab edərək, onun əleyhinə çıxış edirlər. Lakin vitse - spikerin sözlərinə görə, bu saziş İraq hökumətinə milli təhlükəsizlik nazirliyini formalaşdırmağa imkan verəcək və Vaşinqtonun ölkənin daxili siyasətinə təsirini azaldaacq. "Bütün bu vaxt ərzində ABŞ İraq Konstitusiyasının əsas tələbini - ölkənin müstəqil daxili və xarici siyasətə olan hüququnu pozub. Lakin indi Bağdad milli hökumət formalaşdıra bilər", - vitse - spiker bəyan edib.

Əl - İcarinin sözlərinə görə, saziş Vaşinqtonu Bağdadla münasibətlərdə müəyyən öhdəliklərlə bağladığı üçün bu sənəd müvəqqəti olaraq İraq konstitusiyasını əvəz edəcək. Sədr qrupunun üzvlərinə gəldikdə isə, vitse - spikerin rəyinə görə, onlar sənədin əcnəbilər tərəfindən tərtib edilməsi və tərkibində ingilis dilində mətn olmasının əleyhinə çıxış etsələr belə, saziş ayrı - ayrı siyasi qruplaşmalar deyil, İraq hökumətinin milli maraqlarına cavab verir.

"Bu siyasi qruplaşmalar sənədin İraqın milli maraqlarına cavab verməsinə diqqət yetirməyərək, öz maraqlarından çıxış edirlər", - əl - İcari bildirib.

Sənəd İraq hökuməti daxilində çox sayda ziddiyyətlər doğursa da, gələcəkdə İraqın təhükəsizliyi üçün nəticələr müsbət olacaq, - vitse - spiker əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti