...

İranda Hərbi  Dəniz Qüvvələrinin paradı keçiriləcək

Siyasət Materials 1 Dekabr 2008 15:50 (UTC +04:00)

İran HDQ- nin Baş komandanı xəbər verib ki, sabah Oman dənizində 50 min kvadrat mil ərazidə ölkənin Hərbi  Dəniz Qüvvələrinin paradı keçiriləcək.

General Həbibulla Səyyarinin sözlərinə görə, paradda 60 hərbi gəmi, sualtı qayıqlar, qırıcılar iştirak edəcəklər.

Fars News informasiya agentliyinin məlumatına görə, paradda İranda istehsal olunmuş hərbi texnika iştirak edəcək, - general Səyyari əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti