...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 3 Dekabr 2008 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 dekabr/ Trend , müxbir K.Zərbalıyeva/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 2-də saat 10.50-dən 11.00-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskevan və İcevan rayonu Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 06.45-dən 07.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.50-dən 20.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.10-dan 22.35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 3-də saat 00.15-dən 00.30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti