...

Gürcüstanın keçmiş Baş naziri yeni hərəkat formalaşdıracaq

Siyasət Materials 3 Dekabr 2008 18:56 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 03 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın keçmiş Baş naziri Zurab Noqaideli "Ədalətli Gürcüstan naminə" adlı yeni hərəkat formalaşdıracaq, - Noqaideli çərşənbə günü Tbilisidə mətbuat konfransında bildirib. "Mən hazırki hakimiyyətin buraxdığı çoxsaylı səhvlərə görə müxalifətə getmək qərarına gəldim. İndiki rəhbərlik ölkəni düzgün idarə etmir", - o vurğulayıb.

Noqaidelinin sözlərinə görə, "Gürcüstan hakimiyyətinin Rusiyanın təxribatının qurbanı olduğu" avqust hadisələri böyük səhv olub. "Bu gün bütün ölkə bu səhvə görə cavab verməyə məcburdur", - o əlavə edib və vurğulayıb ki,  yeni hərəkat "düzgün idarəetmə" yolu ilə ölkədə vəziyyətin dəyişdirilməsini qarşısına məqsəd qoyur. Noqaidelinin sözlərinə görə, hərəkat Rusiya ilə, həmçinin, abxazlarla və osetinlərlə danışıqlara başlayacaq ki, onları barışdırsın. "Biz dekabrın 14 - də Acarıstanda konfransda təqdim ediləcək iqtisadi proqramların üzərində də fəal işləmək niyyətindəyik", - o bildirib.

Yeni hərəkatda tanınmış simalar arasında parlamentin deputatı Petr Mamradze, daxili işlər nazirinin keçmiş müavini Şota Qvenetadze, keçmiş deputat Eduard Surmanidze var.

Hərəkatın təsis qurultayı gələn ilin yazında keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti