...

Ukrayna heç bir dövlətin ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək – XİN

Siyasət Materials 4 Dekabr 2008 20:37 (UTC +04:00)

Ukrayna, Kiyev, 04 dekabr/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna fəaliyyətheş bir dövlətin ərazi bütövlüyü məsələsində  heç vaxt güzəştə getməyəcək, - cümə axşamı ATƏT-in Nazirlər Şurasının Helsinkidə keçirilən 16-cı iclasında çıxış edən Ukrayna xarici işlər naziri Vladimir Oqrızko bəyan edib.

Oqrızko qeyd edib ki, bu il ATƏT-in məsuliyyət daşıdığı regionda yaranmış çətin beynəlxalq vəziyyət mövcud regional təhlükəsizlik sisteminin saxlanılması və iştirakçı dövlətlərin Helsinki Yekun Aktının əsas prinsiplərinə sözsüz əməl etməsi məsələsini xüsusilə kəskinləşdirir, - XİN- in mətbuat rəhbəri xəbər verir.

XİN rəhbəri ATƏT-də iştirak edən dövlətlərin nümayəndə heyətləri rəhbərlərinin diqqətini beynəlxalq təşkilatların "dondurulmuş" münaqişələrin dinc  yollarla nizamlanmasına cəlb edib. O, xüsusilə də Gürcüstanda ATƏT-in Müşahidəçi Missiyasının sayının artırılmasında beynəlxalq təşkilatların iştiraklarını davam etdirmələrinin zəruriliyindən danışıb.

Oqrızko Ukraynanın yeni Avropa təhlükəsizlik sisteminin  yaradılmasına dair son təşəbbüslərin müzakirəsində iştiraka hazır olduğunu vurğulayıb.

Nazir BMT və ATƏT-in sənədləri ilə təsbit edilmiş mövcud əsas prinsiplərin qorunmasının zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti