...

Azərbaycanın müxalifət partiyası həmkarlarını səhvlərini etiraf etməyə çağırıb

Siyasət Materials 5 Dekabr 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend , müxbir A.Hüseynbala/ Azərbaycanın müxalifət partiyası həmkarlarını səhvlərini etiraf etməyə çağırıb və bundan sonra müxalifətin geniş koalisiyasında təmsil olunmaları barədə düşünəcəklərini açıqlayıb.

"Müxalifət nə zaman böyük toplantı keçirib, keçmiş səhvlərini etiraf edib, ölkədə baş verən siyasi proseslərə obyektiv qiymət verərsə, biz yeni yaranacaq birliklərdə iştirak edə bilərik", - cümə günü Trend -a Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Akif Şahbazov bildirib.

Trend - un arayışı: Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyaları müxalifətin gələcək əməkdaşlığını nəzərdə tutan layihələr hazırlayıblar.

Müxalifətin Əməkdaşlıq Mərkəzinə "Azadlıq" bloku (Azərbaycan Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları), Müsavat Partiaysı və "Azərbaycan Naminə" İctimai Forum (ANİF) daxildir. Sentyabrın əvvəlində bu siyasi təşkilatlar oktyabrın 15 - də keçirilən prezident seçkisini qanunsuz tanımaq barədə birgə bəyanat imzalayıblar. Bəyanatda prezident seçkisindən sonra formalaşacaq hakimiyyət qeyri-legitim elan edilib.

Seçkidən sonra müxalifətin daha geniş koalisiyada birləşməsi istiqamətində danışıqlar başlasa da, qarşılıqlı ittihamlar nəticəsində hələki müxalifətin geniş koalisiyasının yaranması baş tutmur.

Onun sözlərinə görə, ACP- nin prezident seçkisi ərəfəsində müxalifətin gələcək əməkdaşlığı ilə bağlı verdiyi təklif reallaşmayıb. "Biz o zaman qeyd etmişdik ki, müxalifət birgə fəaliyyət göstərməsə, prezident seçkisindən sonrakı aqibəti çox acınacaqlı olacaq. Bizim proqnozumuz artıq reallaşıb", - Şahbazov vurğulayıb.

ACP sədri deyib ki, uzun müddət müxtəlif bloklarda və birgə mübarizə adı altında fəaliyyət göstərən partiyalar həlledici məqamda həm xalqın, həm də partiyadaşlarının mənafeyini bir şəxsin, yaxud bir qrupun mənafeyinə qurban veriblər.

"Bunu nəzərə alaraq müxalifətin yeni birliklərində təmsil olunmaq məsələsinə ehtiyatla yanaşırıq. Amma faydalı əməkdaşlıq üçün təşəbbüs irəli sürülərsə, müzakirə edə bilərik", - Şahbazov bildirib.

Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007-ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycanın eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. 2007-ci ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarlari etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar. ACP 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul etsə də, hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti