...

Azərbaycanda Qurban bayramı qeyd olunur

Siyasət Materials 8 Dekabr 2008 00:02 (UTC +04:00)
Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycan, Bakı, 8 dekabr / Trend / Dekabrın səkkizi və doqquzunda Azərbaycanda dini bayram - Qurban bayramı qeyd olunur.

Qurban bayramı islam aləmində ən möhtəşəm bayramlardan biridir. İslamda cəmi iki bayram - eydül-əzha (Qurban bayramı kimi tanınan bayram) və eydül-fitrə (Orucluq bayramı - kiçik bayram) bayramlar qanuniləşdirilmişdir.Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı yalnız İslam dininin törəməsi deyildir. Qurban vermək, qurban kəsmək adəti islamdan çox-çox əvvəl dünyanın bir çox xalqlarında olmuşdur. Şərq xalqlarında da öz qızlarını qurban vermək adəti olmuşdur.

İslam dini böyük İnama, ulu Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Allah Quranda bəşər övladına buyurdu ki, insan yerinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi - Zilhiccə ayının 10-nu.

Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (zülhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" (Quran 5-ci surə, ayə 97).

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı. Qurban bayramı 2 gün qeyd olunur.

Xəbər lenti

Xəbər lenti