...

Azərbaycanın müxalif Milli İstiqlal Partiyası yeni sədr seçkilərinə hazırlaşır

Siyasət Materials 9 Dekabr 2008 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın müxalif Milli İstiqlal Partiyası (AMİP) yeni sədrini gələn ilin ilk aylarında keçiriləcək qurultayında seçəcək, çərşənbə axşamı Trend -a AMİP sədrinin təbliğat və mətbuat katibi Əli Orucov bildirib.

"Gələn ilin yanvarında partiyanın Siyasi Şurası qurultayın keçiriləcəyi tarix barədə qərar verəcək", - Orucov deyib.

Trend -un arayışı: Partiyanın sədri Ayaz Rüstəmov ötən il dekabrın sonlarında səhhətində yaranmış problemlər üzündən vəzifəsini icra edə bilməməsi barədə Siyasi Şuraya müraciət edib. Rüstəmov sonradan yanvarın ortalarında Trend -a istefasının səhhəti ilə bağlı olmadığını və partiya daxilində gedən proseslərə görə getdiyini açıqlayıb.

AMİP Siyasi Şurasının yanvarın sonlarında keçirilən iclasında Rüstəmovun istefası qəbul edilib.

AMİP sədrliyinə nəmizədliyini hələki partiyanın Goranboy rayon təşkilatının sədri Fəqan Məhərrəmov, Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov və partiyanın baş katibi Fuad Muxtarov irəli sürüb.

Orucov bildirib ki, qurultay ərəfəsində sədrliyə yeni namizədlər qoşula bilər. Partiyanın Nizamnaməsi buna yol verir.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti