...

Rusiya ilə Aİ-nin münasibətləri strateji mahiyyət daşıyır – RF-nin xarici işlər naziri

Siyasət Materials 10 Dekabr 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir A.Qasımova/ Avropa İttifaqı Rusiyanın yaxın qonşusu və mühüm tərəfdaşıdır, bu qarşılıqlı münasibətlərin əhəmiyyəti gələcəkdə də artacaq və "biz hesab edirik ki, münasibətlərimizi strateji tərəfdaşlıq kimi xarakterizə etmək olar", - deyə çərşənbə günü Moskvada keçirilən brifinqdə çıxış edən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib. Bu bardə "Vesti" telekanalı xəbər verib.

"Birqütblü sülh keçmişdə qalıb və onu bərqərar etmək səyləri perspektivsizdir, çevik koalisiyalar beynəlxalq problemlərin həllində əsas rol oynayır", - deyə nazir bildirib.

Onun sözlərinə görə, Rusiyanın ABŞ və Aİ ilə münasibətləri Qafqazda baş verən hadisələrdən sonra ciddi sınaqdan keçib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

"RF və Aİ bir-birinə lazımdır və bir çox problemlər səylər birləşdirilmədən həll edilə bilməz", - deyə Lavrov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti