...

Bakı sakinini döyərək qətlən yetirən şəxs tutulub

Siyasət Materials 10 Dekabr 2008 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir S.Kazımlı / Bakının Əzizbəyov rayonu ərazisində qətl hadisəi törədən şəxs tutulub. Tutulan şəxs Bakı sakinini döyərək öldürməkdə təqsirli bilinir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend -a məlumat verilib.

Dekabrın 3-də Adil və Şükür adlı şəxslər Hövsan qəsəbə sakini Emin Məmişovu döyərək ona ağır xəsarətlər yetiriblər. Xəsarətlə xəstəxanaya yerləşdirilən Məmişov dekabrın 9-da orada ölüb. Əzizbəyov rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Türkan qəsəbə sakini Adil Abbasov tutulub, faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti