...

Azərbaycanın iqtidaryönlü partiyası bələdiyyə seçkisində tək iştirak edəcək

Siyasət Materials 15 Dekabr 2008 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir AHüseynbala/Azərbaycanın iqtidaryönlü partyiası bələdiyyə seçkisində iştirak etmək haqda qərar qəbul edib. "Partiyamızın Siyasi Şurasının iclasında bələdiyyə seçkisində bütün dairələrdən namizədlərin irəli sürülməsi də qərara alınıb", - bazar ertəsi Trend -a Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Trend - un arayışı: Azərbaycanda bələdiyyə seçkisi2009 - cu ilin dekabrında keçiriləcək. İndiyədək iki dəfə - 1999-cu və 2004-cü illərdə bələdiyyə seçkisi keçirilib.

Onun sözlərinə görə, yerli təşkilatlara tapşırılıb ki, hər bir kənd bələdiyyəsinə üzvlərin siyahısını müəyyənləşdirib partiyanın mərkəzi aparatına məlumat versinlər: "Siyasi Şuranın növbəti iclasında isə, partityanın Baş Məclisində bu məsələnin daha geniş müzakirəsi üçün xüsusi layihə hazırlanacaq", - Kərimli vurğulayıb.

Partiya sədri bələdiyyə seçkisində digər partiyalarla birgə iştiraklarını da istisna etməyib: "Bizim üçün əsas məsələ Yeni Azərbaycan Partiyasının mövqeyidir. Əgər hakim partiya bələdiyyə seçkisində təkcə iştirak edərsə, biz də belə addım atacağıq", - Vəhdət sədri əlavə edib.

Azərbaycanın Ali Məhkəməsinin keçmiş sədri, sabiq millət vəkili Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası 2006 - cı ilədək müxalifət mövqeyində olub. Partiya hazırda iqtidarın siyasi kursunu dəstəkləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti