...

Fələstin - İsrail barışığının taleyi YŞD sədrlərinin qərarından asılıdır

Siyasət Materials 15 Dekabr 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir Ü.Sadıqova/ BMT-nin Yaxın Şərq prosesi üzrə xüsusi koordinatoru Robert Serri "Yaxın Şərq Dördlüyünün" (YŞD) bazar ertəsi Nyu-Yorkda keçirilən iclasında Fələstin və İsrail arasında barışığa dair xüsusi plan təqdim etməyəcək.

"Robert Serri BMT-nin YŞD-dəki nümayəndələrindən biri olduğu üçün, yekun qərar dördlüyün sədrləri tərəfindən qəbul ediləcək", - UNSCO - nun xüsusi koordinatorunun mətbuat ofisinin rəhbəri Riçard Mayron Qüdsdən telefonla Trend ­-a bildirib.

YŞD - nin bu gün keçiriləcək iclasında əsas müzakirə problemi Fələstin - İsrail münaqişəsi olacaq. YŞD sədrlərinin (Rusiya, ABŞ, BMT, Aİ) sonuncu iclası 2007-ci ilin noyabrında Amerikanın Annapolis şəhərində keçirilib.

Mayron YŞD sədrlərinin bu günkü iclasda qəbul etməyə hazırlaşdığı qərarı şərh etməyib.

"Həmsədrlər rəsmi bəyanatlar verməyənədək, nəinki biz, heç kim brifinq keçirməyəcək", - Mayron deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti