...

Azərbaycanda il ərzində 381 əcnəbi vətəndaş deportasiya olunub

Siyasət Materials 17 Dekabr 2008 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycandan il ərzində 381 əcnəbi vətəndaş deportasiya olunub.

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əcnəbilərin qeydiyyatı şöbəsinin rəisi Vüqar Zeynalov çərşənbə günü Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bu haqda məlumat verib və bildirib ki, il ərzində nazirlik tərəfindən 935 əcnəbi saxlanılıb. Onlardan 467 nəfər cərimələnib və onlara xəbərdarlıq olunub, 144 nəfərin sənədləri yoxlanılıb və bundan sonra buraxılıblar.

DMX - nin rəisi Arzu Rəhimov bildirib ki, bu il iyunun 23 - də miqrasiya sahəsindəki qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi bu sahədəki problemlərin həllinə kömək edib.

Həmin tarixdən xidmətin aktiv fəaliyyətə başaladığını deyən Rəhimov bildirib ki, miqrasiya sahəsində xarici ölkələrin təcrübəsinin öyrənilməsi üçün Avstriya, Niderland, Belçika, İsveçrə, Almaniya və Rusiyanın müvafiq qurumları ilə əməkdaşlıq həyata keçirilir.

Rəhimov DMX-yə 7000-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciət etdiyini, bu müraciətlərin araşdırıldığını və müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırıb.

Xidmət rəsmisi bildirib ki, Bakıda və Yevlaxda miqrantların saxlanma mərkəzləri inşa olunur. Həmin mərkəzlərdə barəsində ölkədən çıxarılması qərarı olan miqrantların, qaçqın statusu almaq üçün müraciət edənlərin saxlanılması nəzərdə tutlub.

DMX miqrasiya prosesinə nəzarətin təmin olunması məqsədilə, 19 mart 2007- ci ildə yaradılıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti yaşayış müddətlərinin artırılmasna dair qərərların qəbulu, onlara müvvəqqəti və daimi yaşamağa icazə, qaçqın statusunun verilməsi, vətəndaşlıq məsələlərinin baxılması və s. məsələlər üzrə fəaliyyət göstərir.

18 Dekabr - Beynəlxalq Miqrant Günüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti