...

Azərbaycanda 15 il əvvəl törədilmiş qətllərin üstü açılıb

Siyasət Materials 17 Dekabr 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda 15 il əvvəl törədilmiş qətlin üstü açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə günü Trend - a verilən məlumata görə, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, 1993- cü ildə Gəncə şəhər sakini Məmmədov Üzeyir Həsən oğlu və Goranboy rayon sakini Xəlilov Xudayət Xəlil oğlunun qətllərinin üstü açılıb.

Əvvəllər quldurluq, qəsdən adam öldürmə və digər ağır cinayətlər törətdiyinə görə məhkum olunmuş və hazırda cəza çəkən Mustafayev Rauf Firuddin oğlu Müdafiə Nazirliyinin 709 saylı hərbi hissəsində xidmət edərkən 1993- cü il avqustun 8 - də saat 23 radələrində xidmət etdiyi hərbi hissənin rabitə bölüyünün komandiri Məmmədov Üzeyir Həsən oğlunun üstündə olan "Makarov" tipli tapançanı ələ keçirmək məqsədi ilə onu qətlə yetirib.

Mustafayev Məmmədovu idarə etdiyi "VAZ- 21063" markalı G 46 -72 QQ dövlət qeydiyyat nişanlı avtomaşında Samux rayonunun Aşağı Ağasıbəyli kəndi yaxınlığına aparıb, orada 8 dəfə atəş açmaqla öldürüb.

Mustafayev həmin il sentyabrın 13 - də, saat 22:00 radələrində, xidməti silahından istifadə etməklə, hərbi geyim formasında idarə etdiyi avtomaşınla Bakı - Gəncə avtomagistral yolunun Goranboy rayonu ərazisində Dəliməmmədli şəhəri yaxınlığında qanunsuz post təşkil edib, Goranboy şəhərindən rayonun Ağamalıoğlu kəndi istiqamətinə gedən Xəlilov Xudayət Xəlil oğlunun idarə etdiyi "QAZ- 24" avtomaşını saxlatdırıb avtomaşına oturub və avtomaşını ona verməsini tələb edib. Ona tabe olmadığı üçün, Xəlilova atəş açaraq qətlə yetirib.

Mustafayevə, 01 sentyabr 2000- ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 94 - cü maddəsinin 1 və 8 - ci bəndləri ilə ittiham elan olunub və cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün, dekabrın 16 - da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəməyə göndərilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti