...

Prezidentin səlahiyyət müddəti üzrə referendum keçirilməsi təklifi ictimai təşəbbüsdür – PA-nın şöbə müdiri

Siyasət Materials 18 Dekabr 2008 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir C.Babayeva/ Bir şəxsin iki dəfədən artıq ardıcıl prezident seçilməsinə tətbiq edilən məhdudiyyətin ləğvi məsələsi üzrə referendumun keçirilməsi təklifi ictimai təşəbbüsdür, - Azərbaycan Prezidenti İcra Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov cümə axşamı jurnalistlərə bildirib.

"Biz bunu təbii fakt kimi qəbul edir və onu ictimai təşəbbüs kimi nəzərdən keçiririk", - Həsənov bəyan edib.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) bir şəxsin iki dəfədən artıq ardıcıl prezident seçilməsinə dair tətbiq edilən məhdudiyyətin ləğvi üçün referendum keçirmək təklifi ilə çıxış edib.

Məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və Insan haqları daimi komissiyalarının cümə axşamı keçirilən birgə iclasında nəzərdən keçirilir.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin 5-ci bəndinə əsasən, bir vətəndaş iki dəfədən artıq ardıcıl olaraq dövlət başçısı vəzifəsinə seçilə bilməz. Prezidentin səlahiyyət müddəti 5 ildir.

Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər yalnız referendum vasitəsilə edilə bilər (maddə 152).

AR Konstitusiyasının mətninə dəyişikliklər Milli Məclis və ya Azərbaycan prezidenti tərəfindən təklif edilirsə, o zaman təklif edilən dəyişikliklər üzrə əvvəlcədən AR Konstitusiya Məhkəməsinin qərarı alınmalıdır (maddə 153).

Parlamentdə təmsil olunmuş bir neçə siyasi partiya, ictimai birlik və ziyalıların nümayəndələri bu təklifi dəstəkləyiblər.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti