...

Əcnəbi radiostansiyaların Azərbaycan ərazisində yayımının dayandırılması təşəbbüsü tamamilə qanunidir – PA-nın şöbə müdiri

Siyasət Materials 18 Dekabr 2008 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Milli Tele-Radio Şurasının əcnəbi radiostansiyaların ölkə ərazisində yayımının dayandırılması barədə təşəbbüsü tamamilə qanunidir, -  Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov cümə axşamı jurnalistlərə bildirib.

Azərbaycan Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli noyabrın əvvəlində jurnalistlərə bildirib ki, 2008-ci ilin sonunadək "Bi-Bi-Si", "Azadlıq" və "Amerikanın Səsi" radiostansiyalarının Azərbaycan ərazisində birbaşa efirdə yayımlanması dayandırılacaq.

"Cari ilin sonunda bütün xarici radiostansiyalar Azərbaycanda yayımlandıqları tezliklərdən məhrum olacaqlar", - Məhərrəmli bildirib. Onun sözlərinə görə, xarici radiostansiyalar peyk, İnternet və kabel şəbəkəsi vasitəsilə yayımlana bilər.

Prezident administrasiyasının şöbə müdiri Şuranın bu qərarını dəstəkləyir və Türkiyənin TRT telekanalının dövlətlərarası saziş əsasında yayımlanmasını misal gətirir.

Yekun qərar Milli Şuranın dekabrın 25-də keçiriləcək iclasında qəbul olunacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti