...

Əfqanıstanın ticarət naziri vəzifəsindən azad edilib(yenilənib)

Siyasət Materials 18 Dekabr 2008 15:27 (UTC +04:00)

Əfqanıstan, Kabil, 18 dekabr/ Trend , müxbir A.Həkimi/ Əfqanıstan parlamenti ölkənin ticarət naziri Məhəmməd Əmin Fərhəngi tutduğu vəzifədən azad edib.

Parlament nümayəndələri Əfqanıstan ticarət nazirini ölkədəki mafiya ilə əməkdaşlıq, neft və qazın qiymətlərini artırmaq və keyfiyyətsiz buğda idxalında ittiham ediblər.

Fərhəng dekabrın 17 - də nümayəndələrin suallarına cavab vermək üçün parlamentə çağırılsa da, o, parlamentə getməkdən imtina etmişdi. Nümayəndələrin təkidi nəticəsində, Fərhəng bu gün parlamentə gedib və vəzifədən azad olunub.

Parlament nümayəndələrinin biri onun istefasının əleyhinə, 127 -si lehinə səs verib.

Xəbər lenti

Xəbər lenti