...

Sem dayının qonşuluğunda rus oyunu - The Heritage Foundation-nin aparıcı analitiki Ariel Koen

Siyasət Materials 18 Dekabr 2008 19:00 (UTC +04:00)

The Heritage Foundation-nin (ABŞ) Baş elmi əməkdaşı, politoloq Ariel Koen, xüsusi olaraq Trend üçün

Şiddətli iqtisadi böhran və neftin qiymətinin düşməsinə baxmayaraq, Rusiya açıq anti -Amerika istiqaməti olan qlobal diplomatik hücumu davam etdirir. Noyabrın sonunda prezident Dmitri Medvedyev Latın Amerikasına bir həftəlik səfər edib. Səfər Rusiyanın strateji gücünü və ABŞ-ın təsir zonası hesab edilən regionda onun siyasi təsirini nümayiş etdirib. Aktual dərin iqtisadi azalma və Obamanın yeni administrasiyası ilə yaxınlaşma cəhdləri fonunda, Kreml  2009-cu ildə qızğın geosiyasi oyunlar üçün coşğunluq hiss edir.

Moskva Medvedyevin səfərini Asiya - Sakit okean İqtisadi Əməkdaşlığının (ASİƏ) Peruda, Limada keçiriləcək XVI sammiti ərəfəsində planlaşdırırdı. Kreml məmurlarının sözlərinə görə, prezident Medvedyevin səfərinin yalnız iqtisadi gündəliyi vardı ki, iqtisadiyyatın Baş nazir Vladimir Putinin səlahiyyəti çərçivəsində olması fonunda,  bu qəribə görünür. Medvedyev isə, güman edildiyi kimi, Rusiyanın xarici və müdafiə siyasətini müzakirə edib. Geosiyasi motivlər aydındır. Ticarəti stimullaşdırmaq üçün prezidentə texnoloji baxımdan geridə qalmış Venesuelaya nüvə  reaktoru satmaq və ya Uqo Çaves və Kubada Kastro qardaşlarına şəxsi səfərin haqqını ödəmək lazım deyil.

Kuba və Venesuelaya - Amerikanın əsas regional əleyhdarlarına səfərlər Rusiyanın anti Amerika ambisiyalarını və Latın Amerikasının "soyuq müharibə"dən sonra tərk edilmiş bu ölkələri ilə "xüsusi münasibətləri" bərpa etmək istəyini açıq şəkildə nümayiş etdirdi. Bu səfər Moskva və Karakas üçün münasibətləri Sem dayıya nümayiş etdirmək şansı idi. Bundan başqa, Medvedyev, ABŞ-ın avqust hərbi qarşıdurmasında Gürcüstanı dəstəkləməsinə cavab olaraq, Amerikanın "arxa həyətində" fəaliyyət göstərmək qabiliyyətini nümayiş etdirir. Bundan əlavə, XX əsrlə müqayisədə daha kiçik miqyasda olsa da, bu, qüvvələrin qlobal proyeksiyasının sovet üslubuna qayıdış üzrə bir addımdır.

Birgə hərbi -dəniz manevrləri

Rusiya və Venesuela noyabrda Medvedyevin Karakasa səfərindən sonra, dekabrın 1-2-də VenRus-2008 birgə hərbi-dəniz təlimlərini keçiriblər. NATO-nun hərbi gəmilərinin avqust və sentyabrda Gürcüstanda iştirakından narazı Rusiya şəxsi eskadriliyasını Venesuelanın Karib sahillərinə göndərdi.

Moskva bu manverlərə  "Böyük Pyotr" atom raket kreyserini, qayıq əleyhinə qırıcı "Admiral Çabanenko" və iki yardımçı gəmi (tanker və hər ehtimala qarşı xilasedici yedək) göndərdi. Venesuela, üç freqat və desant gəmisi də daxil olmaqla, 12 hərbi gəmi və Su -30 qırıcılarından ibarət eskadriliya təqdim etdi. Gəmilər birgə taktiki manevrlər, fövqəladə hallarda gəmilərin xilas edilməsi və bu prosesdə yanacaqdoldurmanı məşq ediblər. Buna baxmayaraq, bu manverlər hərbi-dəniz hazırlığından daha çox, gücün nümayişi təəssüratını bağışladı. İstefada olan admiral Vladimir Komoyedov - Rusiyanın Qara dəniz Donanmasının keçmiş komandanı və Rusiya Federasiyası Dövlət Dumasının üzvü "Kommersant"a bildirib ki, təftiş və xilasetmə əməliyyatları üçün ağır raket kreyseri və qayıq əleyhinə gəmidən istifadə "mənasız xərclərdir". Digər rəmzi hərəkət Rusiyanın "Admiral Çabanenko" esminesinin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Panama kanalından keçməsi idi. Gəmi Panama Balboasının hərbi-dəniz bazasında olub (Rodman adı ilə tanınan keçmiş ABŞ hərbi-dəniz qovşağı).

Rusiyanın, yanvarda Hindistanla qarşıdakı manverləri kimi, bütün yer kürəsi üzrə hərbi-dəniz təlimləri Moskvanın qlobal ambisiyalarının nümayişidir. Buna baxmayaraq, bu səylər baha başa gələ bilər. Şiddətli iqtisadi böhran Rusiyanı belə qlobal oyunlar üçün məhdud vasitələrlə qoyur.

Hərbi əməkdaşlıq və energetika sahəsində əməkdaşlıq

Venesuelanın Rusiyadan alınmış "Su" qırıcı təyyarələri bu tədbirdə iştirak ediblər. Bu gün Karakas, Hindistan və Çini əvəzləyərək, Rusiya silahının ən iri idxalatçısıdır. 2005-ci ildən 4,4 mlrd. ABŞ dollarını ötən silah sazişlərinə radiolokasiya avadanlıqları, "Su-30" təyyarələri, vertolyotlar, tanklar, 100 minədək AK- 47 avtomatı və Kalaşnikov avtomatlarının istehsalı üçün zavodlar daxil idi.

Hərbi əməkdaşlıqdan başqa, Rusiya Venesuelaya özünün ilk nüvə reaktorunu tikməkdə kömək edəcək. Texnoloji baxımdan geri qalmış və enerji ehtiyatları ilə zəngin Venesuelada bu layihə gərəksiz və təhlükəli təşəbbüs ola bilər. Karakasın təhlükəsiz və etibarlı nüvə proqramı üçün təcrübəsi çatmasa da, onun öz enerji tələblatlarını ödəmək üçün kifayət qədər təbii qazı və ağır nefti var. Prezident Uqo Çavesin nüvə silahı hazırlaması məsuliyyətsiz və sabitliyi pozan təşəbbüs ola bilərdi.

Bundan başqa, Venesuela hərbi nüvə proqramı istiqamətində hərəkət etsə, bu, Latın Amerikasında nüvə silahlanması yarışının başlamasına təhrik edə bilər. Venesuela artıq 1970 və 1980 -ci illərdə Argentina və Braziliya iə nüvə silahlanmalarında rəqabət aparıb. Bu, İranın Yaxın Şərqdə törədə biləcəklərinə bənzəyir. İran nüvə döyüş yüklərinin yerləşdirilməsinə daha da yaxınlaşarsa, Səudiyyə Ərəbistanı, Misir və Trükiyə şəxsi nüvə proqramları ilə cavab verə bilərlər.  Braziliya və Argentina dinməzcə Venesuelanın nüvə potensialının möhkəmlənməsini müşahidə etməyəcəklər.

Səfər zamanı iki ölkə prezidenti 4 mlrd. dollar məbləğində birgə inkişaf bankını təsis etmək, iki ölkə arasnda viza rejimini ləğv etmək barədə razılığa gəliblər.

Rusiya şirkətləri Venesuelada neft və digər mineral ehtiyatların hasilatında da kömək edəcəklər. "Qazprom" və Venesuelanın "Petroleos de Venesuela" Dövlət Neft Şirkəti (PDVESA) nəhəng Orinoko neft hövzəsində birgə işləmək niyyətindədirlər. Bundan başqa, Karakas qazın kəşfiyyatı, İran və Qətərin işitirakı ilə qaz kartelinin yaradılmasında Moskva ilə əməkdaşlıq edir.

Çaves Qərbin beynəlxalq neft şirkətlərini sıxışdırdıqdan sonra, Venesuela Qərbin maliyyəsinə və texnologiyalarına güvənə bilməz. Lakin Rusiya və Çin komandantenin avtoritar idarəetmə formalarına diqqət yetirmədən biznes aparmağa hazırdırlar. Rus "paketi"nə silah bazarlarına və "avtoritar kapitalizm" modelinə çıxış daxildir. Venesuela kimi, Rusiya da rejimlərinin dəstəklənməsi üçün çox vacib olan neftin qiymətinin artımını görməkdən ümidini kəsib. Rusiyanın OPEK-ə qoşulmaq təşəbbüsü Moskva-Karakas oxu ilə yaxşı uyğunlaşır. Buna baxmayaraq, ola bilsin, Kreml Çavesin apardığı oyunu aparmayacaq.

Geosiyasi nəticələr

Moskva və Karakasın anti-Amerika mövqelərini bölüşsələr də, onların geosiyası gündəlikləri çox şeydə fərqlidir. Uqo Çaves Rusiya ilə strateji ittifaqa, "yanki imperializminə" qarşı birgə çıxışlara can atır. Lakin bəzi müşahidəçilər qeyd ediblər ki, Dmitri Medvedyev öz hərəkətlərində ehtiyatlıdır. Ehtimal ki, o, tezliklə öz səlahiyyətlərinin icrasına başlayacaq Obama administrasiyasına, Kremlin Vaşinqtonla münasibətlərdə yeni səhifəyə hazır ola bilməsi barədə siqnal göndərmək istəyir. Buna baxmayaraq, dünya maliyyə böhranı Rusiyanın Venesuela ilə enerji konsorsiumu və regional transkontinental boru kəmərinin çəkilməsi kimi iri layihələrdə öhdəliklərinin icrasına mane ola bilər.

Moskva qeyri - müəyyən müddətə bu layihələri təxirə sala bilər. Beləliklə, Medvedyevin Latın Amerikasına səfərindən irəli gələn siyasi effekt Moskvada gözləniləndən daha az təsirli ola bilər. Moskva və Vaşinqton münasibətlərdə istiləşməyə ümid edirlərsə və bunun ardınca heç bir hərbi əməliyyat olmazsa (məsələn, Rusiyanın daimi hərbi bazaları və ya Kubada, Lurdedəki mümkün kəşfiyyat obyekti kimi), manevrlər geosiyasi şahmatda Moskvanın gücünü artıra biləcək addım kimi qalacaq. Latın Amerikasında iştirakın gücləndirilməsi - Moskvanın Vaşinqtondan gələcək güzəştlər alması üçün təsir vasitələri yaratmaq üsuludur. Moskva oyun üçün fişka yığır - Vaşinqton oynamaq istəsə.

Müəllifin rəyi Trend İnformasiya Agentliyinin rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti