...

MDB -nin qapıları Gürcüstana həmişə açıqdır – icraçı katib

Siyasət Materials 18 Dekabr 2008 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend müxbir N.Abdullayeva/ MDB -nin qapıları həmişə Gürcüstana açıqdır. Bu barədə İcraiyyə Komitəsinin sədri - Müstəqil Dövlətlər Birliyinin icraçı katibi Sergey Lebedev bildirib.

"Gürcüstan qurumdan getsə də, MDB çərçivəsində imzalanan bütün razılaşmalar və müqavilələrdə iştirakını davam etdirmək niyyətində olduğunu artıq bəyan edib. Və Birliyə qayıtmaq istəyirsə, qapılar onun üzünə həmişə açıq olacaq", - deyə Minskdə jurnalistlərlə söhbətdə Lebedev söyləyib. Bu barədə cümə axşamı MDB İcraiyyə Komitəsinin rəsmi saytında yerləşdirilən press - relizdə bildirilir.

Bu il avqustun 18 - də Gürcüstanın Xarici İşlər Nazirliyindən MDB -nin İcraiyyə Komitəsinə Birliyin tərkibindən çıxma barədə nota daxil olub. Tbilisi bu qərarı Rusiya ilə münaqişədən sonra qəbul edib. Silahlı münaqişə 2008 -ci ilin avqustunda baş verib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb.

Birlikdən çıxış dövlət tərəfindən ərizə təqdim olunduqdan bir il sonra rəsmi olaraq reallaşır.

Lebedev bildirib ki, Gürcüstanın MDB tərkibində hüquqi üzvlüyü 2009 - cu ilin avqustunadək davam edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti