...

Avropa İttifaqı Qafqazda əməkdaşlığa və dialoqa çağırır – Aİ - nin xarici siyasət üzrə ali nümayəndəsi

Siyasət Materials 23 Dekabr 2008 13:39 (UTC +04:00)
Avropa İttifaqı Qafqazda əməkdaşlığa və dialoqa çağırır – Aİ - nin xarici siyasət üzrə ali nümayəndəsi

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir Y.Ostapenko/ Avropa İttifaqı (Aİ) region ölkələri arasında əlaqələrin gücləndirilməsinə aparan dini əməkdaşlıq və konstruktiv dialoqun hər bir formasını dəstəkləyir. Bu barədə Avropa İttifaqının xarici siyasət və xarici təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solana bəyan edib.

"Biz münaqişənin sülh yolu ilə həlli yolarının axtarılması istiqamətində bütün tərəflərin səylərini özündə birləşdirən iki noyabr tarixli Moskva Bəyannaməsini və dörd dekabr tarixli Helsinki Bəyannaməsini alqışladıq", - deyə Trend -a müsahibəsində Solana bildirib.

Moskva Bəyannaməsi Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 2-də Moskvada keçirilmiş görüşündə imzalanıb və ATƏT-in Minsk Qrupu çərçivəsində, regionda sülhün əldə olunması üçün tərəflərin fəaliyyətinin fəallaşdırılmasını nəzərdə tutur.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının dekabrın 4 - də Helsinkidə keçirilmiş illik iclasında ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın XİN rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə də birgə bəyanat qəbul olunub.

İTAR -TASS -ın verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşün yekununda bildirib ki, Minsk Qrupu Ermənistan və Azərbaycanı hərtərəfli sülh sazişinin əsasını təşkil edən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə baza prinsiplərinin razılaşdırılmasını yaxın aylarda yekunlaşdırmağa çağırıb.

Solana Avropa İttifaqı adından hər iki tərəfi qəti şəkildə bu istiqamətdə fəaliyyət göstərməyə və konstruktiv dialoqu davam etdirməyə çağırıb.

"Bugünkü stimul itirilməməlidir", - deyə o bildirib.

Solananın sözlərinə görə, Dağlıq Qarabağ münaqihşəsinin nizamlanmasında irəliləyişin əldə olunması Azərbaycan -Ermənistan münasibətlərinin normallaşmasına da yardım göstərəcək.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988 - ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994 -cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır..

Məqalə müəllifi itlə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti