...

Başqırdıstan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Siyasət Materials 25 Dekabr 2008 03:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dekabr / Trend / Başqırdıstan Respublikasının prezidenti Murtaza Rəhimov çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, - AzərTAc Dövlət İnformasiya Agentliyi xəbər verib.

Azərbaycan böyük ictimai dəyişikliklər həyata keçirir, iqtisadi, sosial və mənəvi-mədəni potensialını artırır, dünya birliyinə fəal surətdə daxil olur. Rusiya Federasiyası ilə inteqrasiya proseslərinin, ikitərəfli münasibətlərin möhkəmlənməsində Sizin böyük rolunuz var. Qardaş respublikalarımız arasında da sosial-iqtisadi və mənəvi-mədəni əlaqələr getdikcə möhkəmlənir. Əminəm ki, ictimai həyatın bütün sahələrində əməkdaşlığımız bundan sonra da genişlənəcəkdir, təbrik məktubunda deyilir.

Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 47 yaşı tamam olub.

Xəbər lenti

Xəbər lenti